İstehsalçılara 95,1 milyon manat dəyərində müxtəlif kənd təsərrüfatı maşın və avadanlıqları verilib

15:23 23 Yanvar 2015
246 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Aqrar sahədə əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatını yaxşılaşdırmaq, keyfiyyətli məhsul yetişdirmək və onun itkisiz yığılmasını təmin etməkdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, 2014-cü il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 95,1 milyon manat dəyərində 1191 ədəd müxtəlif növ traktor, 950 ədəd kotan, 514 ədəd taxılyığan kombayn, 307 ədəd səpici aqreqat, 61 ədəd otbiçənlər, 56 ədəd çiləyici və tozlayıcı maşınlar, 51 ədəd malalar, 39 ədəd gübrəsəpən maşın, habelə 23 ədəd ot dırmıqları, 23 ədəd traktor yedəkləri (qoşqular), 16 ədəd kultivatorlar, 14 ədəd taxıl-toxum təmizləyən və 104 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istehsalchilara_951_milyon_manat_deyerinde_muxtelif_kend_teserrufati_masin_ve_avadanliqlari_verilib-827019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR