Moskvada qartəmizləmə işlərinə 71 min canlı qüvvə və 17 mindən çox texnika cəlb olunub

13:57 26 Dekabr 2014
53 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:55 ]

Moskva. Fərid Əkbərov - APA. Son iki gün ərzində Rusiya paytaxtına yağan güclü qarın yaratdığı fəsadlar davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, ağır texnika küçə və prospektlərdə qarı təmizləməkdə çətinlik çəkir.

 

Dekabrın 25-də gün ərzində Moskva və Moskva vilayətinə aylıq normanın dörddə biri qədər yağıntı düşüb. Yağan qarın hündürlüyü 25 santimetrə çatıb. Güclü qar səbəbindən Moskvanın aeroportlarında da problem yaranıb. Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 21 aviareys gecikmə ilə həyata keçirilib. Sərnişinlər saatlarla aeroportlarda gözləməli olublar.

 

Moskva küçələrində hazırda 17 mindən çox qartəmizləyici texnika işləyir. Qarın təmizlənməsinə 71 mindən artıq canlı qüvvə cəlb olunub. Hazırda havanın temperaturu mənfi 12 dərəcədir. Axşam temperaturun daha da aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. 

 

Qeyd edək ki, dekabrın 25-də Moskvanın bütün yollarında böyük tıxac müşahidə olunub. Bəzi yerlərdə insanlar 12 saatdan çox tıxacda qalıblar. "Yandex" axtarış sistemi tıxacın gün ərzində 10 bal olduğunu göstərib. Lakin bu gün səhərə yaxın, saat 04:00-da tıxacın səviyyəsi 6 bala düşüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR