Səhiyyə naziri: "Şükür ki..."

Səhiyyə naziri: "Şükür ki..."
15:26 23 Yanvar 2015
215 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə və tibb elmi sahəsində 2011-ci ildən tətbiq olunan rezidentura mərhələsinin ilk məzunları Səhiyyə Nazirliyində bir araya gəliblər.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edərək, onlara ilk rezident diplomlarını gül dəstələri ilə yanaşı şəxsən təqdim edib. Təqdimetməyə qısa çıxışla başlayan nazir, onlara bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb.

O.Şirəliyev qeyd edib ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir:

"Rezidenturanın tətbiqi çətin olsa da, çox sevindiricidir ki, bütün bunlar artıq arxada qalıb. Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır", - deyə nazir söyləyib.

Sonda Oqtay Şirəliyev ilk rezident həkimlərin peşəkar mütəxəssislər olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb. Daha sonra diplomlar nazir tərəfindən məzunlara təqdim olunub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=321429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR