Yəmən: Prezident və hökumət istefa verib

Yəmən: Prezident və hökumət istefa verib
15:38 23 Yanvar 2015
421 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadinin və Xalid Məhfuz başda olmaqla ölkə hökumətinin istefa verdiyi bildirilir.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, parlament hələlik prezidentin istefasını qəbul etməyib. Yanvarın 23-də parlamentin təcili iclası keçirilməlidir.
Ölkə başçısı prezident sarayını ələ keçirən husi üsyançılarının tələblərini yerinə yetirərək ölkə konstitusiyasına dəyişiklik etməyə razılaşdıqdan bir gün sonra vəzifəsini tərk etmək qərarına gəlib.
Yəmənin dörd cənub əyalətinin rəhbərlərinin də paytaxtdan gələn əmirləri yerinə yetirməkdən imtina etdiyi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, şiə üsyançıları ölkədə yanacağın qiymətinin qalxması bəhanəsi ilə 2014-cü il avqustun ortalarından etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb edirdilər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunmuş və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhərinə nəzarət üsyançıların əlinə keçmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemen_Prezident_ve_hokumet_istefa_verib-827023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR