“PAŞA Həyat” bədbəxt hadisə üzrə 36 min manata yaxın sığorta ödənişi verib

“PAŞA Həyat” bədbəxt hadisə üzrə 36 min manata yaxın sığorta ödənişi verib
15:38 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a bildiriblər ki, elektrik enerjisi sahəsində fəaliyyət göstərən şirkətlərin birində çalışan işçi iş zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 35,6 min manat həcmində sığorta ödənişi verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PASA_Heyat_bedbext_hadise_uzre_36_min_manata_yaxin_sigorta_odenisi_verib-827024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR