GUAM-ın yeni baş katibi azərbaycanlı diplomat olacaq

15:48 23 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır. Bunu cümə günü Trend-ə V.Çeçelaşvili deyib. Onun sözlərinə görə, GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq. V.Çeçelaşvili söhbətin kimdən getdiyini açıqlamayıb.

O, qeyd edib ki, azərbaycanlı diplomat layiqli və ciddi insandır: "Onun təkcə öz ölkəsində deyil, həm də regionda böyük hörmət və nüfuzu var. Mən Gürcüstana, çox güman ki, XİN-ə qayıdacağam, lakin bu, hələ təsdiqini tapmayıb".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR