Ohanyan cəbhəyə tələsdi

Ohanyan cəbhəyə tələsdi
15:56 23 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan müdafiə naziri Seyran Ohanyan və Ermənistan fövqəladə hallar naziri Armen Yeritsyan Azərbaycanın Gəncə - Qazax bölgəsi ilə sərhədə gəliblər.

ANS PRESS-in məlumatına görə, Tavuş vilayətində, yəni keçmiş İcevan və Berd rayonlarında olan nazirlər döyüş mövqelərinə baş çəkəcəklər. Ermənistan Xilasetmə Xidmətinin rəis müavini Nikolay Qriqoryan da onların yanındadır.

Seyran Ohanyanın sərhəd bölgəsinə bü cür tələsik gəlməsi Ermənistan ordusunun bu səhər Berd istiqamətində iki əsgər itirməsi ilə bağlıdır.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib, çox sayda yaralı var.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Qeyd edək ki, yanvarn 1-dən erməni tərəfdən 12 hərbi qulluqçu məhv edilib, 20-ə yaxın hərbi qulluqçu isə ağır yaralanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR