İlk rezident həkimlərə diplomlar verildi

İlk rezident həkimlərə diplomlar verildi
15:58 23 Yanvar 2015
239 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycanda tibb elmi sahəsində 2011-ci ildən tətbiq olunan rezidentura mərhələsinin ilk məzunlarına diplomlar təqdim edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir qrupunu qəbul edib.
Nazir ölkəmizdə 2011-ci ildən ali tibb təhsili əsasında mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbulun aparıldığını qeyd edib: ”Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır.”
Sonda Oqtay Şirəliyev ilk rezident həkimlərin peşəkar mütəxəssislər olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_rezident_hekimlere_diplomlar_verildi-827030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR