Kral adsız məzarda dəfn ediləcək

Kral adsız məzarda dəfn ediləcək
16:06 23 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə dünyasını dəyişən Səudiyyə Ərəbistanı kralı Abdullah ibni Əbdüləziz bu gün dəfn ediləcək. ANS PRESS-in məlumatına görə, dəfn mərasiminə bir çox ölkələrin dövlət və hökumət rəhbərləri qatılacaq.
90 yaşında vəfat edən kralın dəfni Azərbaycan saatı ilə saat 16:00-da başlanacaq.

Vəhabi ənənələrinə görə, dəfn mərasiminə qeyri-müsəlmanlar qatıla bilməz. Buna görə də Ər Riyada ancaq İslam ölkələrindən olan liderlər toplaşacaq.

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan mərasimdə iştirak etmək üçün Afrika səfərini yarımçıq saxlayıb. Misir prezidenti Abdulfəttah Es-Sisi, İordaniya kralı Abdullah da cənazə mərasimində iştirak etmək üçün Davosdakı proqramlarını yarımçıq saxlayıblar.

Müsləlman olmayan dövlətlərin nümayəndələri isə qarşıdakı günlərdə Səudiyyə ərəbistanına gələrək kralın ailə üzvlərinə başsağlığı verəcəklər. Onların arasında ABŞ-ın vitse prezidenti Co Baydendə olacaq.

Dəfn mərasimi Riyaddakı İmam Türki Bin Abdullah Məscidində olacaq. Vəhabilik qaydalarına uyğun olaraq Kral Abdullah adsız məzarda dəfn ediləcək, ölkədə matəm elan edilməyəcək və üzərində kəlme-i şəadət yazıldığı üçün yarıya endirilməyəcək.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR