Gülən Ərdoğana şərt qoydu

Gülən Ərdoğana şərt qoydu
14:16 26 Dekabr 2014
76 Dünya
Ölkə mətbuatı
A- A+

"Gülən camaatı"nın lideri olan Fəthullah Gülən Ərdoğanla barışa biləcəyini deyib. ANS PRESS-in məlumatına görə, Fəthullah Gülən yalnız bir halda - onun oğru olması və yalanlarını millətin qarşısında etiraf etməsindən sonra Ərdoğanı bağışlaya biləcəyini qeyd edib.

“Üzr belə istənilir: etdikləri yalanları, iftiraları, oğurluqları, haramları etiraf edərək millətdən üzr istəyirik. Bu günah işləmiş insanın tövbəsi kimidir. Allah onu qəbul edər, biz də edərik. Yoxsa onlardan üzr istəmək onlar kimi olmaq deməkdir. Bundansa ölmək yaxşıdır".
Gülən öz camaatının da arasında bəzilərinin vəzifə sevdası, zövqə düşkünlük, rahat həyat arzusu və lüks düşkünlüyü ilə dönüklük etdiklərini deyib.

Gülen ad çəkməsədə keçmiş tərəfdaşlarından biri olan Hüseyn Gülərcəyə söz atıb. "Onlar illərdir bərabər olduqları insanlara arxalarını dönürlər. Gün gələr bizə qarşıda belə edərlər. Bir villa ilə biz gələn insanlar, sabah iki villa verən başqasına üz tutar. Bizə vəfaları olmaz".


Gülen'den Erdoğan'a: Hırsızlığını kabul ederse... cumhuriyet

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR