Polkovnikdən yol polisi ilə bağlı açıqlama

Polkovnikdən yol polisi ilə bağlı açıqlama
16:32 23 Yanvar 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

Vaqif Əsədov: "Polisi sevməyən qüvvələr inzibati xəta törətməyə meylli olan şəxslərdir"
“Azərbaycanda kifayət qədər təcrübəli polislərlə yanaşı, işinin öhdəsindən gələ bilməyən polislər də var”. Bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Millət vəkili qeyd edib ki, işini bilməyən polislərə vəzifələrin aşılanması üçün işlər həyata keçirilməlidir: “Çünki belələri vətəndaş-polis münasibətlərinin tənzimlənməsinə birbaşa mənfi təsir göstərirlər. Bu münasibətlərin qurulması üçün cəmiyyətdə maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis işi bundan sonra da çətin olacaq".

"Polisi sevməyən qüvvələr inzibati xəta törətməyə meylli olan şəxslərdir". Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu sözləri isə jurnalsitlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, bu gün polisin fəaliyyətinə müdaxilələrin edilməsi, eyni zamanda müxtəlif üsullarla əməkdaşlarımıza xəsarətlərin yetirilməsi cinayətkarlığa meylli olan insanlar tərəfindən həyata keçirilir: “Söz yox ki, qanunvericiliyin tələblərinin pozulmasına qarşı qətiyyətli addımlar atılır. Həmin şəxslər zərərsizləşdirilərək onlar qanun qarşısında cavab verməli olur”.

V.Əsədov ölkə üzrə 1 milyon 300 min nəqliyyat vasitəsinin qeydə alındığını, elə o qədər də sürücülük vəsiqəsinin avtomobilləri idarə edənlərə verildiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR