AMEA-nın Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

AMEA-nın Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib
16:43 23 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universiteti nəzdində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, İslam Əlyazmaları Assosiasiyası islam əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat bütün dünyada islam əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranıb.
İslam Əlyazmaları Assosiasiyasının dünyanın 25 ölkəsindən 600-ə yaxın üzvü var.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Alyazmalar_Institutu_Islam_Alyazmalari_Assosiasiyasinin_uzvu_sechilib-827054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR