Bakı, 23 yanvar, AzərTAc
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası yanvarın 23-də təlim-məşq toplanışı çərçivəsində beşinci yoxlama oyununu keçirib.
AzərTAc xəbər verir ki, komandamız Rusiya Premyer Liqasında çıxış edən Krasnodarın “Kuban” kollektivi ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qəbələ”nin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Qəbələ” bundan əvvəlki yoxlama oyunlarında PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, “Əskişəhərspor”a (Türkiyə) 1:3 hesabı ilə uduzub, “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.