Beynəlxalq təşkilata üzv olduq

Beynəlxalq təşkilata üzv olduq
17:01 23 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdnində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib.

İnstitutdan ANS PRESS-ə bildirilib ki, İslam Əlyazmaları Assosiasiyası İslam Əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış Beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat Böyük Britaniyanın Kembric şəhərinin mərkəzində yerləşir. Bu təşkilat bütün dünyada İslam Əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranıb.

İslam Əlyazmalar kolleksiyalarından daha çox istifadə imkanlarının artırılması və gələcək nəsillər üçün qorunub ötürülməsi məqsədilə onların kataloqlaşdırılması, bərpası, elektronlaşdırılması, akademik nəşrlərinin hazırlanması üçün standartları və qaydaları işləyib hazırlayır.

İslam Əlyazmaları Assosiasiyasının üzvləri İslam Əlyazmalar Kolleksiyaları qorunub saxlanan kitabxanalar və muzeylər, eləcə də İslam Əlyazmaları ilə elmi və peşəkar şəkildə məşğul olan şəxslərdir. Dünyanın 25 ölkəsindən(Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan,Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var. Üzvlərin səs vermə hüququ, qrantlar təqdim etmək, eləcə də treninqlərdə və konfranslarda iştirak etmək hüququ var.

AMEA-nın Əlyazmalar İnstitutu bu imkandan yararlanaraq yeni layihələrə və əməkdaşlıqlara ümid edir. Bu hadisə Azərbaycan elmini və tarixini dünyada tanıtmaq üçün İnstitut qarşısında yeni qapılar açır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR