Milli Qəhrəman Ramiz Qəmbərov haqqında sənədli film çəkilir

17:02 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 17:00 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə “Şuşalı şəhid” sənədli filmi istehsal olunur. Nazirlikdən APA-ya verilən məlumata görə, “Milli Qəhrəmanlar” silsiləsindən indiyədək iyirmi sənədli film çəkilib, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. Şuşalı şəhid” Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olan Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi döyüş yolundan bəhs edir.

 

Ekran əsərinin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

 

R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun göstərdiyi şücaətlərdən söhbət açırlar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR