Jurnalistlərin Həmkarlar İttifaqının rəhbərliyi Milli Məclisin deputatları ilə media mühitini müzakirə edib

17:03 23 Yanvar 2015
179 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Jurnalistlərin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvləri Azərbaycan jurnalistlərinin hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, onların sosial rifah halının daha da yaxşılaşdırılması yönündə qanunvericilik təşəbbüsləri ilə çıxış edilməsi üçün Milli Məclisin üzvləri ilə görüşlərə başlayıblar.
AzərTAc xəbər verir ki, ilk görüş Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə və deputat Qənirə Paşayeva ilə keçirilib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, görüşlərdə Azərbaycanda media mühiti, jurnalist hüquqlarının qorunması, sosial inkişaf istiqamətində atılan addımlar və s. məsələlər müzakirə edilib. Jurnalistikanın spesifik yaradıcılıq sahəsi olduğunu bildirən ittifaqın təmsilçiləri bu spesifikliyin əmək qanunvericiliyində əks olunmasına zərurət yarandığını vurğulayıblar.
Milli Məclisin deputatları mətbuat nümayəndələrinin sosial rifah halının yaxşılaşdırılmasına və media işçilərinin peşəkarlığının artırılmasına yönəlmiş təklifləri dəstəkləməyə hazır olduqlarını

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jurnalistlerin_Hemkarlar_Ittifaqinin_rehberliyi_Milli_Meclisin_deputatlari_ile_media_muhitini_muzakire_edib-827063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR