Şimalda yollar buz bağlayacaq

Şimalda yollar buz bağlayacaq
17:05 23 Yanvar 2015
226 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarından başlayaraq şimal regionunda hava şəraiti dəyişib.

Regional TV (Region TV) xəbər verir ki, sulu qar və qar yağmağa başlayıb. Temperatur göstəriciləri 5-6 dərəcə aşağı düşüb. Quba regional hidrometeorologiya müəssisəsindən bildiriblər ki, dağlıq ərazilərdə qarın yağması daha intensiv olub. Belə ki, Qonaqkəndə 8, Qırız və Ləzəyə 10, Susaya isə 12 sm hündürlükdə qar yağıb. Şabran, Siyəzən və Xaçmaz rayonlarının ərazisində isə qarın yağması müşahidə olunmayıb. Hidrometoroloqlar bəzi avtomobil yollarının buz bağlayacağını da istisna etmirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR