Ukrayna Ali Radasında dava düşüb.
ANS PRESS-in məlumatına görə, Radikal partiyasından deputat Oleq Lyaşko ilə müxalifətçi deputat Nestor Şufriç arasında mübahisə sonradan əlbəyaxaya davaya çevrilib.
Lyaşko Şufriçi 2012-ci il seçkilərində ona 3 milyon dollar rüşvət verməyə cəhd etməkdə ittiham edib. Şufriç isə əksinə Lyaşkonu ona iki dəfə rüşvət təklif etməkdə günahlandırıb.
"O, rüşvət haqda danışır. Bu doğrudur. Ancaq rüşvəti o mənə təklif edib. Özü də iki dəfə. Birinci dəfə 3 milyon, ikinci dəfə isə 5 milyon məbləğində", - deyə deputat bildirib. Parlamentin spikeri deputatları çətinliklə sakitləşdirərək yerlərində oturda bilib.
.