GUAM-ın sədri olduq

GUAM-ın sədri olduq
17:41 23 Yanvar 2015
209 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu ildən GUAMA sədrlik edəcək. Bunu təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, bu ildən GUAMA-a sədrliyi Azərbaycan diplomatları həyata keçirəcəklər.

V.Çeçelaşvili vurğulayıb ki, mənim mandatımın müddəti artıq bitib. Yeni baş katib Azərbaycandan seçiləcək. Həmin şəxs yalnız ölkəsində deyil, həm də regionda böyük hörmətə, nüfuza sahib ciddi diplomat olacaq. Mən Gürcüstana qayıdacağam və çox ehtimal ki, Xarici İşlər Nazirliyində çalışacağam. Amma bu hələ təsdiqlənməyib."

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional qurumdur. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan təşkilatın üzvü olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR