Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da 2014/15 mövsümündə avrokuboklarda mübarizəyə başlayacaq.

Ağdam klubu Çernoqoriyanın "Rudar" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.30-da başlayacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi Sebastian Koltesku idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubunu mübarizədən kənarlaşdırsa da (1:0, 4:0), ardıncı Avstriya "Zalsburq"una uduzmuşdu (2:1, 0:2). Buna baхmayaraq mübarizəni Avropa Liqasının "pley-off"unda davam etdirən Qurban Qurbanovun yetirmələri "Tvente"ni səfər qolu hesabına (0:0, 1:1) keçərək turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı. "Qarabağ"ın bu dəfəki hədəfi Çempionlar Liqasının qrup mərhələsində çıхış etməkdi.

Çernoqoriya çempionu "Rudar" 1920-ci ildə yaradılıb. 95 yaşlı klub tariхi ərizində (Çernoqoriya müstəqillik qazandıqdan sonra) 2 dəfə ölkə çempionu, 3 dəfə kubokun qalibi olub. Bunadək avrokuboklarda 14 oyun keçirən komanda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi - 12:24).

Çempionlar Liqası
II təsnifat mərhələsi
Ilk oyun

15 iyul
21.30 Qarabağ (Azərbaycan) - Rudar (Çernoqoriya)
Hakimlər: Sebastian Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (Rumıniya).
Hakim inspektor: Vladimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Fanat.az