"Qafqazinfo"ya hücumlar başlayıb

"Qafqazinfo"ya hücumlar başlayıb
17:56 23 Yanvar 2015
218 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün saat 17 radələrindən etibarən qafqazinfo.az saytına misli görünməmiş haker hücumu baş verib.

Axşam.az xəbər verir ki, bu barədə saytın redaktoru Elbrus Ərud musavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 1 saniyədə 300 GB hücum gəlir və son nəticədə saytın İP-ləri bloka düşüb:

“Hazırda bu hücumun dayanmasını gözləyirik. Yarım saatdır ki, bu vəziyyətdir. Texniki xidmət deyir ki, bu günə qədər hələ belə bir hücum qeyd alınmayıb”.

Müsahib hücumun mənbəyi barədə konkret ad çəkmək istəməyib. Onun sözlərinə görə, dünəndən etibarən saytda xeyli maraqlı, eləcə də kəskin yazılar dərc edilib:

“Kimdən şübhələnməyimiz barədə konkret ad çəkmək istəmirik. Bu, qeyri-peşəkarlıq olar. Gün ərzində saytda ən azı 100 material dərc edilir. Fakt ondan ibarətdir ki, sayt hər zaman işlədiyi kimi işləyib. Amma ola bilsin ki, hansısa material kiminsə marağına uyğun gəlməsin. Bütün hallarda saytın öz fəaliyyətini yenidən bərpa etməsi üçün çalışırıq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR