Gürcüstanın daxili işlər naziri istefa verib

18:03 23 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 23 yanvar, AzərTAc
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikvaidze yanvarın 23-də tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəyanat yayıb.
Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən
bəyanatda deyilir ki, istefaya səbəb 2006-cı ildə qətlə yetirilmiş Zurab Vazaqaşvilinin ölümündə şübhəli bilinən şəxslərin onun tərəfindən gizlədilməsi ilə bağlı irəli sürülən ittihamlar olub.
Nazir bildirib: “Bu ittihamların heç bir əsası yoxdur, amma mən mənəvi cavabdehlik daşıdığım üçün vəzifəmdən istefa verirəm”.
Qeyd edək ki, Z.Vazaqaşvilinin qətli Gürcüstanda yenə də ən çox müzakirə olunan məsələlərdəndir. Yanvarın 20-də onun atası, hüquq müdafiəçisi Yuri Vazaqaşvili oğlunun məzarını ziyarət edərkən məzarın üstündə yerləşdirilmiş partlayıcının partlaması nəticəsində dünyasını dəyişib. Bununla da məsələ yenidən aktuallaşıb.
Cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinən Z.Vazaqaşvili 2006-cı ildə Tbilisini mərkəzində polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində qətlə yetirilib.
Hələlik ölkə Prezidenti və ya Baş nazir A.Çikvaidzenin istefasını qəbul etməyib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_daxili_isler_naziri_istefa_verib-827088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR