Ali təhsil ocağının professor-müəllim heyəti arasında şəxsi çempionat keçirilib

Ali təhsil ocağının professor-müəllim heyəti arasında şəxsi çempionat keçirilib
18:03 23 Yanvar 2015
254 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Yanvarın 23-də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu ali təhsil ocağının professor-müəllim heyəti arasında stolüstü tennis üzrə şəxsi çempionat başa çatıb.
Federasiyadan AzərTAc-a bildiriblər ki, turnirin bağlanış mərasimində akademiyanın rektoru, professor Ağacan Abiyev və Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə çıxış edərək turnirin nəticələrini yüksək qiymətləndiriblər. Bildirilib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturu yaradılır.
İki gün davam edən yarışda kişilər arasında Kamal Şıxəliyev birinci, Həsən Həsənov ikinci və Şirin Vəliyev üçüncü yerləri tutublar. Qadınlar arasında yarışda Esmira Vahabzadə birinci, Sevda Qarayeva ikinci, Ruhəngiz Əsgərova üçüncü yerlərə sahib olublar.
Sonda qaliblərə federasiyanın diplom və hədiyyələri təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_tehsil_ocaginin_professor_muellim_heyeti_arasinda_sexsi_chempionat_kechirilib-827086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR