Moody’s agentliyi “Bank VTB (Azərbaycan)”a ilk dəfə uzunmüddətli reytinq verib

18:12 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:06 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Moody’s" reytinq agentliyi ilk dəfə “Bank VTB (Azərbaycan)”a yerli və xarici valyutada “Ba3” səviyyəsində uzunmüddətli reytinq verib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın maliyyə sabitliyi reytinqi “E+” səviyyəsində təsdiqlənib ki, bu da kredit qabiliyyətliyin baza qiyməti üzrə “b2” səviyyəsinə bərabərdir. Reytinq üzrə proqnoz "sabit"dir.


"Moody’s" öz rəsmi açıqlamasında qeyd edib ki, uzunmüddətli və maliyyə sabitliyi reytinqləri verilərkən, Agentlik Bankın əsas təsisçisi tərəfindən dəstəklənməsinə və onun VTB qrupuna sıx inteqrasiyasına əsaslanıb. Bu amillər əməliyyat, kapital və maliyyə dəstəyi baxımından bank üçün faydalı hesab olunur.

 

“Hazırda “Bank VTB (Azərbaycan)” respublikada ən etibarlı və sabit banklardan biridir. “Hazırda “Bank VTB (Azərbaycan)” sabitliyi və etibarlığı bankın kapitalında Rusiyanın aparıcı maliyyə qrupu olan VTB-nin iştirakı ilə təmin olunur. VTB qrupun əsas səhmdarı Rusiya dövlətidir və o, bütün öhdəliklər üzrə qarant kimi çıxış edir. 2013-cü ildən “Bank VTB”nin iri səhmdarlarından biri də Azərbaycan Dövlət Neft Fondudur ki, bu da bankın yüksək statusunu bir daha təsdiqləyir. Bundan başqa, “Bank VTB (Azərbaycan)”ın səhmlərinin 49%-i onu bütün fəaliyyət istiqamətlərində dəstəkləyən nüfuzlu yerli “Ataholdinq-ə” aiddir”, - deyə, İdarə Heyətinin Sədri Yuri Yakovlev bildirib.

 

Moody’s agentliyinin də rəsmi bəyanatında bildirdiyi kimi, “Bank VTB (Azərbaycan)” biznesin aktiv artımını nümayiş etdirir. Belə ki, bank 3 il ərzində kredit portfelinin artım tempini orta hesabla 60% artırmaq, eləcə də ölkənin beş aparıcı bankları sırasına daxil olmaq niyyətindədir. “Bank VTB (Azərbaycan)” pərakəndə və korporativ biznes arasında balansı qoruyub saxlamağı planlaşdırır. 2012-ci ildən “Bank VTB (Azərbaycan)” rentabelli hesab olunur. 2014-cü il  3-cü rübün sonuna bankın ROA göstəricisi 3,7 %, ROE - 18,6% təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR