"Almaniya Qarabağ məsələsində ikili standartlar tətbiq etmir"

"Almaniya Qarabağ məsələsində ikili standartlar tətbiq etmir"
18:28 23 Yanvar 2015
214 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Almaniyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi dəqiqdir və ölkə ikili standartları əldə rəhbər tutmur. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Almaniyanın Yerevandakı səfiri Rayner Morell deyib.

Onun sözlərinə görə, Almaniya Kansleri Angela Merkel bu barədə dəfələrlə bəyan edib.

Səfir qeyd edib ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və baş verənləri diqqətlə izləyir: "Almaniya münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2356537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR