"06" "07" ilə toqquşdu: bir yaralı

18:47 23 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

Şəkinin Baltalı kəndində iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Kanal S (Region TV) xəbər verir ki, Baltalı kənd sakini Hümbətov Cavanşir Yaqub oğlunun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil ilə həmin kənd sakini İbrahimov Rafiq Vahab oğlunun idarə etdiyi "VAZ 21 06" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 21 07"nin sürücüsü Hümbətov Cavanşir Yaqub oğlu xəsarət alıb. Yaralı dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti kafidir. Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR