Azərbaycan və Bəhreyn arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

14:52 26 Dekabr 2014
65 Sosial
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:50 ]

Bakı. Rəşad Süleymanov - APA. Manama şəhərində Azərbaycan və Bəhreyn arasında ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

 

APA-nın Bəhreynin BNA agentliyinə istinadən verdiyi məlumata görə, müqaviləni Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Bəhrreyn Müdafiə Qüvvələrinin komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə imzalayıblar.

 

Görüş zamanı Azərbaycanın müdafiə nazirinə Bəhreyn Müdafiə Qüvvələri, onun formalaşma mərhələləri, silah və hərbi-texniki imkanları barədə məlumat verilib.

 

Görüşdə iki ölkə arasında müdafiə sahəsində hərbi əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Azərbaycan nümayəndə heyəti Bəhreyn Hərbi Hava Qüvvələrində və Dəniz Qüvvələrində olub. Müdafiə naziri Z.Həsənov Bəhreyn Dəniz Qüvvələrinin «Sabha» freqatının imkanları ilə tanış edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR