Bakı - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, 30 mart 2012-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında və Azərbaycan Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, FHN tərəfindən Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə texniki yardım çərçivəsində 5 ədəd “AÇ-40(130)63B” markalı yanğınsöndürən maşın verilib.
Əldə edilmiş razılığa uyğun olaraq, daha 5 ədəd yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.