Kadırovdan krala başsağlığı

Kadırovdan krala başsağlığı
19:11 23 Yanvar 2015
236 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Səudiyyə Ərəbistanının Kralının ölümü ilə bağlı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, o, bildirib ki, Allahın izni ilə Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun həyat yolu başa çatıb:

"Mən bütün Çeçenistan xalqının adından Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda, Səudiyyə Ərəbistanı Krallığı ailəsinə və xalqına başsağlığı verirəm", - deyə Kadırov qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün gecə saatlarında vəfat edib. Paytaxt Riyadda Milli Mühafizə tibb mərkəzində müalicə olunan kralın nəfəs çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR