Şavkat Mirziyayev yenidən Özbəkistanın Baş naziri seçilib

19:28 23 Yanvar 2015
178 Dünya
Ölkə mətbuatı
A- A+


Daşkənd, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Özbəkistan parlamentinin aşağı və yuxarı palatalarının birgə iclası keçirilib. İclasda Prezident İslam Kərimov də iştirak edib.
Ali Məclisin sədri Nuriddinjon İsmayılov iclası açaraq xatırladıb ki, ötən ilin dekabr ayında və yanvarın əvvəllərində Özbəkistan parlamentinin Ali Məclisinə və Senata seçkilər keçirilib. Qanunvericiliyə uyğun olaraq, seçkilərdən sonra Baş nazir istefa verməlidir və o da belə bir müraciətlə çıxış edib. Qanunvericiliyə uyğun olaraq seçkilərdə ən çox deputat mandatı qazanan partiya Baş nazirin namizədliyini təklif etmək hüququna malikdir. Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından 52 deputat seçildiyinə görə bu partiya Şavkat Mirziyayevin yenidən Özbəkistanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.
Özbəkistan Prezidenti İslam Kərimov çıxışında Şavkat Mirziyayevin namizədliyini dəstəkləyib. Dövlət başçısı deyib ki, Baş nazir kimi Şavkat Mirziyayev böyük işlər görüb.
Müzakirələrdən sonra Şavkat Mirziyayevin Baş nazir kimi namizədliyi böyük səs çoxluğu ilə təsdiq olunub.
Baş nazir çıxış edərək ona etimad göstərdiklərinə görə Ali Məclisin və Senatın deputatlarına minnətdarlıq edib, hökumətin proqramı haqqında məlumat verib.
Xatırladaq ki, Şavkat Mirziyayev 2003-cü ildən Özbəkistanın Baş naziri vəzifəsində işləyir.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Savkat_Mirziyayev_yeniden_Ozbekistanin_Bas_naziri_sechilib-827128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR