Azərbaycanın xarici işlər naziri Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

19:33 23 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andriyu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanvarın 27-də Krakov şəhərində görüşməsi barədə razılıq əldə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_xarici_isler_naziri_Krakovda_ATAT_in_Minsk_qrupunun_hemsedrleri_ile_gorusecek-827130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR