Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qırğızıstana 5 yanğınsöndürən maşın verib

19:33 23 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.
FHN-dən AzərTAc-a bildiriblər ki, 2012-ci il 30 mart tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında və Azərbaycanın Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım çərçivəsində “AÇ-40 (130)63B” markalı 5 yanğınsöndürən maşın verilib.
Əldə edilən razılığa uyğun olaraq, daha 5 yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Fovqelade_Hallar_Nazirliyi_Qirgizistana_5_yanginsonduren_masin_verib-827132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR