Elmar Məmmədyarov həmsədrlərlə Krakovda gələn həftə görüşəcək

Elmar Məmmədyarov həmsədrlərlə Krakovda gələn həftə görüşəcək
19:37 23 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.
 
Milli.Az bildirir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında E.Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə 27 yanvar 2015-ci il tarixində Krakov şəhərində görüşməsi barədə razılıq əldə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR