Bakıda APB turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarış keçirilir

19:43 23 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AzərTAc 
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının “AIBA Pro Boxing” (APB) turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarış keçirilir.
AzərTAc xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Əvvəlcə rinqə ukraynalı Sergey Verveyko və almaniyalı Ali Kıydın çıxıblar.
Sonra Mohammed Toni Viktor James Yoka (Fransa) və Mihay Nistor (Rumıniya) qarşılaşmalı idi. Lakin Fransa təmsilçisi Azərbaycana gəlmədiyi üçün qələbə M.Nistora verilib.
Daha sonra Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Maqomed Omarov (Rusiya), Mohammed Arjaoui (Mərakeş) – Erik Pfeifer (Almaniya) cütlükləri qarşılaşacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_APB_turniri_cherchivesinde_91_kiloqramdan_yuxari_cheki_derecesi_uzre_yaris_kechirilir-827138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR