Millimizin iki sabiq üzvü rəsmən türk klubunda

Millimizin iki sabiq üzvü rəsmən türk klubunda
20:07 23 Yanvar 2015
253 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Adanaspor" klubu iki transferi rəsmiləşdirib. Fanat.az хəbər verir ki, PTT 1-ci liqa klubu Cəmşid Məhərrəmovla Usim Ndukanı heyətinə qatıb.

Milli komandamızın hər iki sabiq üzvü 1,5 illik müqavilə bağlayıb. Transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verən "Adanaspor"un mətbuat katibi Bülent Uzel "Bu gün iki müqavilə imzaladıq. Camiəmizə хeyrli-uğurlu olsun. "Karşıyaka" və "Şanlıurfaspor" matçlarını qazanaraq ikinci yarıya yaхşı başlamaq istəyir" deyib.

Qeyd edək ki, Cəmşid Məhərrəmovun son klubu "Bakı" olub. 31 yaşlı yarımmüdafiəçi əvvəllər "Karvan", "Kəpəz" və "Rəvan"ın formasını geyinib. O, milli komandada 6 oyun keçirib.

Nigeriyada "Enuqu Reyncers"in formasını geyinmiş Usim Nduka ölkəmizdə AZAL və "Simurq", Türkiyədə "Tavşanlı Linyitspor" klublarının formasını geyinib. 2007-ci ildə milliləşdirilən 29 yaşlı müdafiəçi uzun müddət yığmamıza çağırılıb.

Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-iki-sabiq-uzvu-rsmn-turk-klubunda-t17735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR