Bilik Fondu ərzaq təhlükəsizliyi ilə bağlı videomühazirə təşkil edib

Bilik Fondu ərzaq təhlükəsizliyi ilə bağlı videomühazirə təşkil edib
20:18 23 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasını AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayevanın respublikanın altı rayonunu əhatə edən videomühazirəsi təşkil edilib.
Fonddan AzərTAc-a bildiriblər ki, "Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır" mövzusunda keçirilən mühazirədə Sumqayıt şəhərindən, Lənkəran, Şəki, Şamaxı, Mingəçevir və Bərdə rayonlarından olan ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qidalanmada genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) məhsullarından istifadənin aktual mövzu olduğunu bildirən A.Mustafayeva sağlam həyat tərzinin vacib və fundamental əsasını təşkil edən sağlam qidalanmadan, ərzaq məhsullarının təhlükəsizliyinə qoyulan tələblərdən danışıb. Onun sözlərinə görə, genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. Bu tip məhsullardan nəzarətsiz istifadənin gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulayan A.Mustafayeva onu da qeyd edib ki, təbiətdə də insan sağlamlığı üçün təhlükəli qidalar vardır. Genetik modifikasiya olunmuş bütün orqanizmlərin dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması vacibdir.
Bildirilib ki, GMO məhsullarının məhdudlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın və 2001-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aparılan maarifçilik işləri qida təhlükəsizliyi sahəsində zəruri addımdır. Bilik Fondu bu sahədə səmərəli işlər görür.
Sonda mühazirəyə onlayn rejimdə qatılan rayon sakinlərinin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondu_erzaq_tehlukesizliyi_ile_bagli_videomuhazire_teskil_edib-827147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR