“DəmirBank”ın Şəki filialı müasir tələblərə cavab verən ofis binası ilə təmin olunub

“DəmirBank”ın Şəki filialı müasir tələblərə cavab verən ofis binası ilə təmin olunub
20:33 23 Yanvar 2015
662 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 23 yanvar, AzərTAc
Yanvarın 23-də “DəmirBank”ın Şəki filialının ofis binasının əsaslı təmirdən sonra açılışı olub.
Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, bu münasibətlə keçirilən mərasimdə bankın idarə heyətinin sədri Roman Əmircanov ölkənin ən iri banklarından olan “DəmirBank”ın fəaliyyəti barədə danışıb. Diqqətə çatdırılıb ki, xidmət səviyyəsinin təkmilləşdirilməsi və müştəri məmnunluğunun artırılması məqsədilə bankın Şəki filialı müasir interyer-dizayn üslubunda təmir olunub, burada müştərilərin rahatlığını təmin edən və müasir tələblərə cavab verən iş şəraiti yaradılıb.
Bildirilib ki, hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə respublikanın digər şəhər və rayonlarında yerləşir.
Sonra tədbir iştirakçıları bankın ofis binasında yaradılan şəraitlə tanış olublar.
Diqqətə çatdırılıb ki, Şəki şəhərinin Sabit Rəhman küçəsində yerləşən bank filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və digər xidmətlər təklif edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBankin_Seki_filiali_muasir_teleblere_cavab_veren_ofis_binasi_ile_temin_olunub-827151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR