Bu gün - iyulun 17-si Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Alberto Torresin doğum günüdür. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis 71 yaşını qeyd edir. Torres 1970-ci ildə Meksika mundialında dünya kubokunu başı üzərinə qaldırıb. Həmin vaxtı 25 yaşı olan eks-müdafiəçi turnirin finalında oynamış ən gənc kapitan statusunu saxlayıb.

"Çox insan kapitanlıq barədə məndən soruşub. Onlar deyir ki, Pelenin forma geydiyi komandada necə kapitan olmuşam. 11 il "Santos"da çıxış etmişəm. Onun 10 ilini Pele ilə yanaşı oynamışıq. 1967-ci ildə "Santos"un kapitanı Zito idi. Amma karyerasını bitirəndən sonra məni kapitan seçdilər. Həmin vaxt 23 yaşım vardı" - Karlos Alberto Torres xatirələrini bölüşüb.
Xatırladaq ki, Torres 2004-2005-ci illərdə Azərbaycan millisini də çalışdırıb.

Milli.Az