Azərbaycan XİN mәtbuat xidmәtinin rəhbəri Ceyms Uorlikin müraciətinə şərh verib

20:47 23 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 20:35 ]


Bakı. Mәlahәt Nәcәfova-APA. Azərbaycan Xarici İşlər Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı xəbərə şərh verib. APA-nın mәlumatına görә, onun "twitter" səhifəsində yazdığı mәlumatda deyilir:

 

"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər". 

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.

 

APA-nın məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.

 

Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: “Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR