TQDK ilə Bilik Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

21:13 23 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ilə görüşüb.
TQDK-dan AzərTAc-a bildiriblər ki, görüşdə bu qurumun və Bilik Fondunun həyata keçirdikləri layihələr, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın istiqamət və perspektivləri müzakirə edilib.
TQDK ilə Bilik Fondu arasında əməkdaşlığa dair sənədin hazırlanıb imzalanması qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_ile_Bilik_Fondu_arasinda_emekdasligin_perspektivleri_muzakire_edilib-827158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR