Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

21:18 23 Yanvar 2015
190 Digər
Ölkə mətbuatı
A- A+


Davos, 23 yanvar, AzərTAc
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan Lu Şasad ilə görüşüb.
Görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Davosda_Gaz_de_France_Suez_sirketinin_bas_icrachi_direktoru_ile_gorusub-827161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR