Separatçılar aeroportu partlatmağa hazırlaşır

Separatçılar aeroportu partlatmağa hazırlaşır
22:01 23 Yanvar 2015
207 Dünya
Ölkə mətbuatı
A- A+

“Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaraxçenko “DXR” qoşununun Donetsk aeroportunu partlatmağa hazırlaşdığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Zaxarçenkoya istinadən jurnalist Oliver Kerrol sosial şəbəkədə yazıb.

"Aeroport bərpa ediləcək? Amma indi yox. Əvvəlcə onu partlatmaq lazımdır", - deyə “DXR” lideri qeyd edib.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Ukrayna hərbçiləri Donetsk aeroportunun yeni terminalında mövqeləri tərk ediblər.

Separatçıların verdiyi məlumata görə, Ukrayna ordusu aeroport uğrunda döyüşlərdə 597 itki verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR