"Ferma" mükafata layiq görüldü

"Ferma" mükafata layiq görüldü
18:42 18 İyul 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Kanal S-in ən uğurlu layihələrindən olan "Ferma" realiti şousu ilin ən yaxşı verilişi seçilib. Paytaxt Bakıda Milli Mətbuatımızın 140 illiyi münasibəti ilə təşkil olunan mərasimdə layihənin yaradıcı kollektivinə bu münasibətlə mükafat təqdim edilib.

Kanal S (Region TV) xəbər verir ki, hər il oduğu kimi, bu il də "Qafqaz Media" İctimai Birliyi Milli Mətbuatımızın 140 illiyi münasibəti ilə mükafatlandırma mərasimi təşkil edib. Mərasimdə Azərbaycanda fəaliyyət göstərən KİV nümayəndələri və ziyalılar iştirak edib. Bir çox nominasiyalar üzrə diplom və mükafatlar təqdim olunub. Kanal S-in ən baxımlı layihələrindən olan, Region TV-nin efirində yayımlanan "Ferma" realiti şousu ilin ən yaxşı regional verilişi nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatlandırma mərasimində "Ferma"nın yaradıcı kollektivi və layihənin iştirakçıları da iştirak edib. Bu adın verilməsi üçün əvvəlcədən tamaşaçılar arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, adıçəkilən layihənin ən baxımlı veriliş olduğu məlum olub. 

Qeyd edək ki, veriliş  həftə içi 5 gün saat 21:00-da "Region TV"nin efirində yayımlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/357564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR