Prezidentin səfəri başa çatdı

Prezidentin səfəri başa çatdı
22:26 23 Yanvar 2015
321 Ölkə
Ölkə mətbuatı
A- A+

Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib.

“Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada prezident İlham Əliyev iştirak edib.

ANSS PRESS-in məlumatına görə, dövlət başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.

Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.

Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR