Polşada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub

22:28 23 Yanvar 2015
230 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycanın Polşadakı səfirliyi dahi şair Məhəmməd Füzulinin qəzəllərini nəşr etdirib.
Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab nəşr olunub.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, “Azərbaycan ədəbiyyatı” seriyasında “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri” adlı kitab ölkəmizin Polşadakı səfirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.
Bütün bu işlər Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsada_dahi_Azerbaycan_sairi_Mehemmed_Fuzulinin_qezelleri_nesr_olunub-827182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR