Polşada Məhəmməd Füzulinin qəzəlləri nəşr edilib

22:52 23 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 22:47 ]

Bakı-APA. Polşada Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülür.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı, İncəsənəti, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab artıq nəşr olunub.

 

Bununla əlaqədar, “Azərbaycan Ədəbiyyatı” seriyasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Qəzəlləri adlı kitab səfirliyin Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR