Bakıda "Mercedes" 45 yaşlı qadını vurub

23:17 23 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, Suraxanı rayon sakini Elxan İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 45 yaşlı Babazadə Sevda Əli qızını vurub. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Olay yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Hadisə şahidlərinin APA TV-yə verdiyi məlumata görə, piyada Sevda Babazadə qəfil yola çıxıb. "Mercedes"in sürücüsü qəzadan yayınmağa cəhd etsə də, bu mümkün olmayıb.

Qeyd edək ki, qəza baş verən yerdən təxminən 100 metr aralıda piyada keçidi yerləşir.

1 saylı şəhər kliniki xəstəxanasından verilən məlumata görə, ağır kəllə-beyin travması ilə xəstəxanaya gətirilən 45 yaşlı qadının vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza ilə bağlı Nobel prospektində tıxac yaranıb. Qəza törədən maşın cərimə meydançasına aparıldıqdan sonra, yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR