Tam idman görkəmli Range Rover Sport - FOTO

Tam idman görkəmli Range Rover Sport - FOTO
23:22 23 Yanvar 2015
538 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Aspire Design” Britaniya tüninq-şirkəti yolsuzluq avtomobili “Range Rover Sport”-un satışdan sonrakı tamamlama paketini hazırladı. Avtomobilin daha da idman üslubunda görünməsi üçün onu aqressiv formalı aerodinamik asma, xüsusi konstruksiyalı təkər diskləri ilə təchiz etdilər və texnikanın apqreydini keçirdilər. Bununla belə lyuks avtomobil möhtəşəm üslubu idman xarakteri ilə birləşdirməyə imkan verən unikal interyer bəzəyi əldə edib.
 
Milli.Az auto.az-a istinadən bildirir ki, diodlu hərəkət işıqlarının hava çıxışlarının oyuqlarında yerləşdiyi başqa qabaq bamper, torlu radiator barmaqlığı, yan ətəklər, dördqabırğalı diffuzoru olan yeni arxa bamper və iki spoylerin sayəsində avtomobil daha effektli görünməyə başladı. Bundan başqa yolsuzluq avtomobilinin qapılarının aşağı hissəsində və qabaq qanadlardakı ventilyasiya dəliklərində qoymalar meydana gəlib. 
 
Qazçıxma sisteminin dörd ucluğu və şinləri idman üslubunda olan aşağı klirensin fonunda gözəl görünən 22 düymlük çoxmilli disklər çox ekzotik görünür. “Aspire Design” şirkətinin avtomobilin interyerinin şəklini təqdim etməyib. Buna baxmayaraq, qeyd olunub ki, avtomobilin içində yeni dəri və karbon aksesuarlardan istifadə olunub.
 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR