Bakı, 23 yanvar, AzərTAc
Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Azərbaycan milli komandasının məşqçilər korpusunun və AFFA-nın məşqçilər komitəsinin üzvləri Antalyadadırlar.
AzərTAc AFFA-ya istinadla xəbər verir ki, onlar yanvarın 23-də keçirilmiş “Qəbələ” – “Kuban” (Rusiya) qarşılaşmasına baxıblar.