Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ildən gənclərə birdəfəlik subsidiya ayıracaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ildən gənclərə birdəfəlik subsidiya ayıracaq
15:17 26 Dekabr 2014
200 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:12 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Rayon Məşğulluq Mərkəzində “Öz biznesinə başla” təlim kursunun başa çatması münasibətilə tədbir keçirilib və kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu təlim kursu gənclərin işlə təmin olunması və özünü məşğulluğunun inkişaf etdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əmək Təşkilatı ilə birgə Göyçay rayonunda həyata keçirdiyi “Gənclərin məşğulluğu - subsidiya proqramı” pilot layihəsi çərçivəsində təşkil olunub. Kurs zamanı iştirakçılara biznes planın hazırlanması və idarə edilməsi, marketinq və menecment sahələrində müvafiq biliklər verilib. Təlim kursunu uğurla bitirmiş iştirakçılara öz bizneslərini yaratmaq və inkişaf etdirmək üçün 2015-ci ilin yanvar-fevral aylarından birdəfəlik subsidiya ayrılacaq.

 

Göyçay rayonunda həyata keçirilən “Gənclərin məşğulluğu - subsidiya proqramı” Beynəlxalq Əmək Təşkilatının (BƏT) “MDB-də gənclərin məşğulluğunun inkişafı” texniki proqramı çərçivəsində 2014-cü ildə həyata keçirilən ikinci layihədir. Belə ki, qeyd olunan texniki proqram çərçivəsində 2014-cü ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində ali təhsilli, ilk dəfə işaxtaran gəncləri əhatə edən pilot layihənin icrasına başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR